17 aprel 2018 16:13
1044

DİN: Axtarışda olan 33 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 87 cinayət faktı qeydə alınıb, onların da 20-i “isti izlər”lə açılıb.

Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5 nəfər, borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.