16 aprel 2018 23:49
762

3 avtomobil oğrusu saxlanılıb

Avtomobil oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev “VAZ-2106” markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil Gülüstan qəsəbəsində tapılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən üç nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Sərxan Mahmudov və əvvəllər məhkum edilmiş - Tural Rüstəmov və Məcid Sultanov olduqları müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.