03 aprel 2018 14:52
1853

İlham Əliyev: Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” söyləyən dövlət başçımız, Ali Baş Komandan bildirir ki, düşmənə layiq olduğu cavabı verən Azərbaycan əsgəri bayrağımızı Xankəndidə də dalğalandıracaq

Hər bir xalqın milli ideologiyası o zaman bəşəri dəyərlərlə zənginləşir ki,  təfəkküründə, genetik xüsusiyyətlərində insanlığa xas keyfiyyətlər, humanizm, başqalarına hörmət cüzi də olsa hiss edilsin. Bütün dünya xalqları da bilir ki,  ermənilər  millət, xalq deyil, etnik qurum, millətçilərdir ki,  ideologiyalarının əsasını terror, saxtakarlıq, məkr, dini, irqi ayrı- seçkilik, məsumluq cildinə girmək, saxtakarlıqlarını reallıq kimi qələmə vermək, cinayət, böhtan, ekstremizm, separatizm, fazizm, qəddarlıq, qana hərislik,... bir sözlə, insanlıqdan kənar bütün mənfi xüsusiyyətləri özününküləşdrib, “hay” adlı “imzaları” ilə möhürləyiblər.

Bütün erməniləri əsarət altına alan “böyük Ermənistan” kimi saxta ideologiyaya əsaslanaraq qonşu dövlətlərə qarşı ərazi iddiası irəli sürən daşnakları müdafiə edən imperiya, müasir dövrümüzdəki böyük güclər Azərbaycan və Türkiyə torpaqları hesabına özlərinə dövlət yaradan erməniləri dəstəkləməklə  strateji bölgə olan Cənubi Qafqaz uğrunda mübarizədə bu satqın millətdən vasitə kim istifadə etmişlər və bu gün də ikili standartlar siyasəti gündəmdədir. Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində əli olan bolşevizmin ölkəmizi ilhaq etməsinin əsas səbəblərindən birinin “böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi olduğunu tarixi faktlar da təsdiqləyir. İmperiyanın ermənilərə göstərdiyi dəstəyin məntiqi nəticəsi isə daşnakların Azərbaycanın tarixi torpaqları hesabına özlərinə dövlət formalaşdırmaları oldu. Bu gün də  erməni millətçiləri üçün qazanc mənbəyi olan “Dənizdən- dənizə” “böyük Ermənistan” xəyalı illərdən bəri davam edən, xeyli günahsız insanın qətlinə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini törətdi. 30 ilə yaxın davam edən münaqişənin həllini tapmaması da terrorçunu dəstəkləyən qüvvələrin dünya düzənini yenidən yaratmaq istəyindən qaynaqlanır. Öz maraqları naminə Dağlıq Qarabağ problemini bilərəkdən yaradaraq hələ də ikili standartlardan mövqeyini bildirən həmin güclər erməni terroruna, separatizminə, işğalçılıq siyasətinə nəinki göz yumur, eyni zamanda təcavüzkara maliyyə yardımları göstərir, qatil “liderlərini” ölkələrində ağırlayıb- əzizləyir, mükafatlandırırlar. Cinayətkara dəstək göstərənlərin səyi ilə  1813- cü ildən başlayaraq Azərbaycanın tarixi torpaqları zorla qoparılaraq hissə -hissə ermənilərə verilmiş, heç bir əsası olmayan “Erməni məsələsi” , “Dağlıq Ermənistan” “Aran Ermənistanı”, “Türkiyə Ermənistanı”, “erməni soyqırımı”  kimi məsələlər uydurulmuşdur. Son 30 ilə yaxın müddətdə Azərbaycan xalqına qarşı torpaq iddiası irəli sürərək ərazilərimizi hələ də işğal altında saxlayan, başqalarının əsgərləri hesabına “güclü” orduya malik olduqlarını iddia edən, status-kvonun kölgəsinə sığınaraq işğala son qoymaq istəməyən ermənilər bu gün havadarlarının köməyinə arxalanırlar. Tanınmış rus yazıçısı Aleksandr Prokxanov dəlillərə əsaslanaraq bildirir ki, Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin axırıncı dövlət başçısı M. Qorbaçov tərəfindən yaradılmışdır. Qorbaçovun ətrafına toplaşan ermənilərlə birgə hazırlanan plana uyğun həyata keçirilən 20 Yanvar faciəsi,  “zalım azərbaycanlı”, “məzlum erməni” görüntüsünü yaradan Sumqayıt hadisələri də imperiya siyasətinin davamı idi.  

 Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon Ermənistan və havadarlarının yardımı ilə işğal edilib. Bir milyondan artıq həmyerlimiz evlərindən didərgin, qaçqın düşüb. Hadisələr zamanı minlərlə soydaşımız qətlə yetirilib, 10 minlərlə günahsız azərbaycanlı şikəst olub.

1992-ci ildə erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalıda görünməmiş dəhşətlər yaşandı. Bir gecədə dağıdılan Xocalıda 613 dinc əhali xüsusi amansızlıqla qətlə yetirildi. 487 nəfər əlil oldu. 1275 nəfər əsir, girov götürüldü.

 Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən öldürülən azərbaycanlıların sayı 20 mindən çoxdur. Erməni silahlılarının ərazimizdə apardıqları hərbi əməliyyatlar nəticəsində 20 min soydaşımız yaralanmış, 4 mini əsir düşmüş, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi, tarixi abidələr dağıdılmışdır.

 Lakin son illərdə möhkəmlənən iqtisadi inkişafı sayəsində güclənən ordusu ilə düşmənə layiq olduğu cavabı verən Azərbaycan Ermənistan üzərində bütün sahələr üzrə üstünlüyünü bütün dünya ictimaiyyətinə, o cümlədən təcavüzkarı dəstəkləyənlərə sübut edir.  Silahlı Qüvvələrimizin aprel qulaqburmasından özünə gələ bilməyən, artıq dalana sıxılmaqla fərari ordusu barədə yalanlarını danışmağa belə iqtidarı çatmayan Ermənistan hələ də təlaş içərisindədir.

 2016- ci ilin aprelin ilk günlərindən başlayaraq təmas xəttində gərginlik törədən ermənilər qapılarında dilənən havadarlarının göstərişinə əsasən Madagiz, Ağdərə və digər yaşayış məntəqələrindəki ehtiyatları hərəkətə gətirərək döyüş bölgəsinə yerləşdirmək məqsədilə təxribatlar törətdilər. Bu məkrli niyyətin qarşısını alan Silahlı Qüvvələrimiz 3 istiqamətdə planlı şəkildə döyüş tədbirləri həyata keçirərək düşmənə ağır zərbələr vurdular.

 Düşmən təxribatının qarşısını alaraq işğalçıya dərs verən Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi, Fizuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyi, ətraf təpələr döyüş əməliyyatları zamanı işğaldan azad olundu, həmin istiqamətlərdə və yüksəkliklərdə mövqeyimiz möhkəmləndirildi, üçrəngli bayrağımız əbədi varlığımızı, düşmən üzərindəki üstünlüyümüzü təsdiqlədi.

Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalmaqla, yüzlərlə əsgərini itirdi, 500-ə yaxın düşmən yaralandı. Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarıldı.

 Hadisələrə obyektiv qiymət verən Prezident, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, münaqişənin sülh yolu ilə həllində maraqlı olan Azərbaycanın düşmənin həmlələrinə layiqli cavab verməyə haqqı və gücü çatır: “Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun.Təkcə Lələtəpə əməliyyatı sübut etdi ki, Azərbaycan əsgəri Ermənistanın hər cür təxribatlarına nəinki cavab vermək qüdrətindədir, işğal altında qalan torpaqlarımızı belə qısa müddətdə azad etməyə qadirdir. Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır.”  Əvvəlki çıxışlarında “Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşamış, yaratmışdır. Bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir” söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması üçün hərbi potensial və vətənpərvərlik duyğularına malik ordumuzun artan döyüş qabiliyyətini yüksək dəyərləndirdi, haqq işimizin qalib gələcəyi günə az qaldığına əminliyini də ifadə etdi: “ Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir... İşğal edilmiş torpaqlarda , Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Biz öz torpaqlarımızdayıq. Bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır. Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Ancaq biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik.”

Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq olsa da aprel döyüşləri göstərdi ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu rəsmi bəyanatları ilə bildirən ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin başçıları, məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər status-kvonu saxlamaqda israrlı olan Ermənistan üçün aprel döyüşləri dərs olmalı və işğalçı güclənən Azərbaycan Ordusunun hərbi hazırlığından , şücaətindən nəticə çıxarmalıdır. Dünya birliyinin ümumi rəyi budur ki, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səivyyədə təsdiqlənir.

“Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir” söyləyən cənab İlham Əliyev bildirir ki,  tarixi torpaqlarımıza qayıtmaq azərbaycanlıların siyasi və strateji hədəfidir və tədricən bu hədəfə yaxınlaşmalıyıq.

İşğalçılıq siyasətinin girovuna, qurbanına çevrilən Ermənistanın başqa çıxış yolu yoxdur. Bütün beynəlxalq layihələrdən təcrid edilən dilənçi Ermənistanı bataqlıqdan çıxarmağa çalışan ermənipərəst qüvvələr də artıq təcavüzkarı dəstəkləməkdən imtina edirlər. Erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər Ermənistanı Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrə cəlb etməyə çalışsalar da,  qüdrətli ölkəmizin dünyada dəstəklənən və mövqeyi möhkəmlənən diplomatiyamız, cənab İlham Əliyevin siyasi iradəsi qarşısında gücsüzdürlər. “Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq” söyləyən cənab İlham Əliyev bildirir ki, hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner, qaniçən rejim imkan vermir ki, Ermənistan xalqı yolunu düzgün müəyyənləşdirsin.  Statistik məlumatlara görə, Ermənistanda demokrafik böhran artmaqdadır. Hər il ölkəni 40 mindən çox insan həmişəlik tərk edir və bu proses sürətlənməkdədir.

 Azərbaycanın diplomatik səyləri nəticəsində siyasi, iqtisadi böhran içərisində qalan Ermənistanın gələcəyi qaranlıqdır. Ermənistandan fərqli olaraq Azərbaycan davamlı inkişaf yolu ilə sürətlənir, ordusu güclənir. Beynəlxalq reytinqlərdə də Azərbaycan Silahlı Qüvvələri bölgənin ən qüdrətli orduları kimi göstərilir.

2016-cı ilin aprel döyüşləri göstərdi ki, bu il 100 illiyi qeyd olunacaq Azərbaycan  Silahlı Qüvvələri şanlı yol qət edərək ən güclülər sırasında yer alır. 11 apreldə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevə dəstək  çərçivəsində keçirilən təbliğat-təşviqat kampaniyalarında bu tarixi hadisələr xatırlanaraq bildirilir ki,  xalq iqtidar birliyinin ifadəsi olan, ən çox seçici etimadı qazanacaq dövlət başçımıza ümumxalq etimadı həm də  Ali Baş Komandanımızın qələbəsinə inam olacaq.

Xuraman İsmayılqızı, “İki sahil”