11 iyul 2018 15:09
3342

Elvin Məmmədzadə: Terrorçular bilməlidirlər ki, bu ölkəni heç bir qüvvə parçalaya bilməz

Ölkəmizin ikinci böyük şəhərində dünən axşam saatlarında baş verən hadisə ilə bağlı Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədzadə «İki sahil» qəzetinə açıqlamasında bildirib ki, Gəncədə baş verən dini radikalların törətdikləri terror hadisələri bir gənc kimi məni də çox narahat edir: «Gəncədə baş verənlər Azərbaycanın müstəqilliyinə, dünyəvilyinə, sabitik boyda sərvətinə göz dikildiyinin göstəricisidir. Bir ovuc radikalın istəyi, məramı bilinmədən, hardan gəldiyi, nə səbəbə gəldiyi bəlli olmadan şəhəri qarşıdırmaq cəhdidir. Bu hadisə ölkədə mövcud olan sabitliyi gözü götürməyənlərin xalqı öz dövlətilə üz-üzə qoymaq istəyənlərin bölgə üçün planlaşdırılmış əməliyyatıdır. Orada təxribat yaratmaq istəyən radikal dini qüvvələr, terrorçular bunu bilməlidirlər ki, bu ölkəni heç bir qüvvə parçalaya bilməz! Azərbaycan xalqı və Azərbaycan gəncliyi Ulu Öndərin bizə miras qoyduğu bu müstəqil dövləti hər zaman bu ünsürlərdən qoruyacaq və ölkəmizin müstəqilliyi naminə əlindən gələni edəcəkdir.»  

Orxan Vahidoğlu,

«İki sahil»