21 noyabr 2018 23:56
2557

Yeni Azərbaycan Partiyasının tarixi şərəf salnaməsidir

 Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26-cı ildönümü  münasibətilə noyabrın 21-də partiyanın Kürdəmir rayon təşkilatının qərargahında tədbir  keçirilib. Tədbirdə  YAP rayon təşkilatının İdarə Heyəti və Şura üzvləri, partiya veteranları, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Öncə tədbir  iştirakçıları rayon təşkilatının qərargahında yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.

YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli tədbir  iştirakçılarını partiyanın yaranmasının 26-cı ildönümü   münasibətilə təbrik edərək Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan  danışıb. A.Kərimli qeyd edib ki, Ulu Öndər 1993-cü ilin iyununda -son dərəcə mürəkkəb, ağır dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı: “Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz  ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyevin rəhbərliyi ilə  uğurlu gələcəyə doğru inamla addımlayır.”

Yeni Azərbaycan Partiyasının  veteran   üzvləri    Qasım Hüseynov, Mehrab Abdurahmanov, rayon təşkilatının  Qadınlar Şurasının sədri Sevda Hacıyeva, rayon təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Əmək veteranı  Sevil Osmanova, rayon təşkilatının İdarə Heyətinin üzvü Elmira Şıxəliyeva, ərazi ilk partiya təşkilatnın sədri Hamiz Musayev,  Şura üzvü Abduləziz Hüseynov, rayon təşkilatının İdarə Heyətinin üzvü, Gənclər Birliyinin  sədr  müavini  Elnur Məmmədli  bildiriblər ki, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır.

Orxan Vahidoğlu, “İki sahil”