22 noyabr 2018 15:04
2425

Böyük Qafqaz bölgəsinin bəzi yerlərinə intensiv yağış yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 21-i günün ikinci yarısından 22-si səhərədək hava şəraiti dəyişib, arabir yağış yağıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Böyük Qafqazın bəzi yerlərində yağıntı intensiv xarakterli olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 1-19, Qazax-Gəncə zonasında 1-4, Mərkəzi Aran rayonlarında 1-3 millimetr təşkil edib.