22 noyabr 2018 18:10
2201

Pensiya yaşının 70 yaşadək qaldırılması planlaşdırılır

Yaponiya hökuməti ölkədə pensiya yaşını 65 yaşdan 70 yaşadək qaldırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bununla bağlı müzakirələr noyabrın 26-ı başlayacaq.

Pensiya yaşının artırılması ilə bağlı qanun layihəsinin 2020-ci ilədək qəbul olunması nəzərdə tutulur.

Qeyd edək ki, Yaponiyada kişilərin ömür uzunluğu 80,89, qadınlarda 87,14 il təşkil edir.

Ölkədə hər dörd nəfərdən birinin yaşının 65-dən çox olduğu deyilir.