13 aprel 2018 23:31
8442

Gözlər haqqında nələri bilirik?

Qonur gözlər əslində mavi çalarlarda olur, lakin qəhvəyi piqmentlərə görə, qonur görsənir. Əməliyyat vasitəsi ilə qonur rəngli gözləri ömürlük mavi rəngli eləmək mümkündür. İnsan gözü boz rəngin 470 çalarını  müəyyən  etmək qabiliyyətinə malikdir. Baxdığımız hansısa bir şəklin əksi gözlər vasitəsi ilə beynə tərs şəkildə ötürülür. Göz qapaqlarında sıraya düzülmüş kipriklərin hər birinin ömrü 6 aydır. Bəzi qədim sivilizasiyalar hesab edirdilər ki, çəp gözlülük insanın ən cazibədar cizgisidir, buna görə də, qədimdə insanlar uşaqlarında çəp gözlülüyün əmələ gəməsi  üçün əllərindən gələni edirdilər. Gözlərin idarəsini təmin edən göz əzələləri insan orqanizminin ən sürətli və aktiv hissəsi hesab olunur. Gözlər, qulaq və burunla müqayisədə  insanın ömür müddəti boyunca böyümürlər. Hər bir saniyədə gözlər 60.000 dəfə fokuslaşır. Tanımadığınız bir insanın göz rəngini seçmək üçün cəmi 4 saniyə vaxt lazımdır. İnsan gözü bir saniyədə 20 dəfə qırpılır, gün ərzində isə 15.000 dəfə qırpılır.

Əgər şəkil çəkilən zaman insanın gözünün biri qırmızı düşürsə, bu gözdə şişin olma ehtimalının xəbərçisi ola bilər. Xoşbəxtlikdən 100 dən 97 hallarda onu aradan götürmək mümkün olur.

Qadınların iki faizində genetik geriləmə müşaidə etmək olur, hansı ki, onlara yüz milyona yaxın rəngi müəyyən etmək imkanı verir.  Kosmonavtlar səyahət zamanı ağlaya bilmirlər. Qravitasiya insanın ağlamağına imkan vermir. Buna görə də, kosmosda göz yaşları topa halında yığılır və gözləri yandırır. Maraqlıdır ki, piratlar bir gözlərini ona görə bağlayırlar ki, digər açıq göz işığa, bağlı göz isə qaranlığa öyrəşsin.

Arıların gözlərində xırda tükcüklər mövcüddur və bu tükcüklər həşəratlara küləyin istiqamətini müəyyən etmək imkanını verir. ən  maraqlısı isə ondadır ki, delfinlər yatan zaman gözlərinin biri bağlı, biri açıq olur. Delfinlər isə gecə vaxtı ona hücum edə biləcək  düşməni izləmiş olur.

Alimlər aydınlaşdırıblar ki, qonur gözlər mavilərnən müqayisədə insana daha çox güvən hissi verir. Ən nadir görülən göz rəngi, yaşıl rəngdir. Yer üzündə əhalinin cəmi iki faizi yaşıl rəngdə  gözə sahibdir. Gözlərin yaşıl rəngdə olması orqanizmdə melaninin səviyyəsindən asılıdır. Yaşıl göz insanların sayının az olmasının səbəbi  qədim dövrlərdə yaşıl göz və narıncı rəngdə saçlara sahib olan qızların odda yandırılmasıdır.

Könül Əliyeva