16 mart 2018 17:05
1375

Corabla yatmaq yuxunu dərinləşdirir

Normal yuxu insanın sağlamlığında vacib rol oynayır.

AZƏRTAC xəbər verir ki, araşdırmalara görə keyfiyyətsiz yuxu və yuxunun az olması ürək-damar sistemi xəstəliklərinin yaranmasına, maddələr mübadiləsinin pozulmasına və sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərir.

Yuxuya tez getmək və yuxunun daha dərin olması üçün mütəxəssislər corabla yatmağı tövsiyə edirlər. İsveçrə alimləri bu sahədə araşdırma aparıblar. İki qrupa bölünən iştirakçıların bir qrupu corabda, digər qrupu corabsız yatıb. Bir müddət sonra corabda yatan iştirakçılar etiraf ediblər ki, daha tez yuxuya gedir, gecə daha dərin yatır və səhər özlərini daha gümrah hiss edirlər. Mütəxəssislərin fikrinə görə, bunun səbəbi damarların genişlənməsi və bədənin termorequlyasiyasının tənzimlənməsidir.

Araşdırma müəllifləri yatmazdan əvvəl təmiz, rezini sıx olmayan pambıq corab geyməyi tövsiyə edirlər. Bu, bütün gün ayaqda olan corab olmamalıdır, çünki çirkli olmasa da, gün boyu ayaqda olduğu üçün bakteriyalar toplayır.