20 yanvar 2018 16:03
2215

Şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut

Azərbaycanda bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar siqnal verib.

20 Yanvar - Ümumxalq hüzn günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.