Menu
  • 20-04-2018
      • Bakı +14+18

  • 20-04-2018
    • $ 1.7
      2.1043

1   2   3   4   5   6

SOSİAL

Pirallahı rayonunda bəzi küçələrin adları dəyişdirilib

23-11-2017 [ 11:49 ] [ oxunub:367 ]
A+ | A-

Pirallahı rayonunda bəzi küçələrin adları dəyişdirilib.

Pirallahı RİH-dən AZƏRTAC-a bildiriblər ki, Pirallahı Rayon İcra Hakimiyyətinin nəzdində küçələrin adları dəyişdirilməsi ilə əlaqədar yaradılmış İşçi Qrupu mütəmadi olaraq rayon ərazisində küçə adları, lövhələr, reklamlar ilə bağlı monitorinqlər keçirir.

Rayon ərazisində cəmiyyətimizin ictimai-siyasi həyatını, tariximizi, adət-ənənələrimizi özündə əks etdirməyən, həmçinin Sovet İttifaqı dövründə verilmiş küçə adları yeni adlarla əvəz olunub. Pirallahı qəsəbəsindəki Fioletov küçəsinə Milli Qəhrəman Sergey Murtuzəliyevin, Xanlar küçəsinə neftçi Qurban Abbasovun, Əzizbəyov küçəsinə Milli Qəhrəman Yavər Əliyevin, Prodolnaya küçəsinə isə Milli Qəhrəman Mübariz İbrahimovun adları verilib. Çilov qəsəbəsindəki Caparitze küçəsi Milli Qəhrəman Rasim İbrahimov, Bünyatzadə küçəsi isə 28 May adları ilə əvəz olunub.

Rayonda küçə adlarını bildirən yeni lövhələrin hazırlanması istiqamətdə müvafiq işlər həyata keçirilir və qısa müddət ərzində quraşdırılması nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR