08 noyabr 2017 19:58
1125

BSU-da Dövlət Bayrağı Günü qeyd olunub

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən verilən məlumata görə, BSU rektoru, professor Nurlana Əliyeva tədbirdə çıxış edərək BMT-də, beynəlxalq tədbirlərdə qürurla dalğalanan Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi potensialını,  hərbi gücünü əks etdirdiyini bildirib. N. Əliyeva multikulturalizm, tolerantlıq kimi yüksək  dəyərləri ehtiva edən beynəlxalq forumlarda, nüfuzlu dövlətlərarası tədbirlərdə qaldırılan Azərbaycan bayrağının iftixar yerimiz olduğunu nəzərə çatdırıb. O, Azərbaycan gəncliyini dünyada baş verən neqativ proseslər fonunda öz dövlətini və bu dövləti təmsil edən bayrağı qorumağa çağırıb.

Sonra BSU tələbələri rus, polyak, bolqar, Ukrayna, Belarus, yunan, çex, türk dillərində bayraqla bağlı təbriklər səsləndiriblər.

Tədbir bədii hissə ilə davam edib.