11 avqust 2017 20:55
1097

Bakıda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş xarici vətəndaş xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş bir nəfər xarici vətəndaş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat veriblər.

Bundan başqa FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 5 nəfərin Mingəçevir su anbarı ərazisində qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Vətəndaşlara müvafiq kömək göstərilib.