27 noyabr 2016 14:44
891

BSU ağacəkmə kampaniyası keçirib

Bakı Slavyan Universitetinin (BSU) tələbə və müəllim heyətinin təşəbbüsü ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə kampaniyası keçirilib.

BSU-nun mətbuat xidmətindən bildirilib ki, tədbirdə universitetin 150 tələbəsi və 20-ə yaxın müəllimi iştirak edib. Tələbələr qısa müddət ərzində təyin edilmiş ərazidə 150 ədəd küknar ağacı əkiblər. Qərara alınıb ki, həmin ağaclara gələcəkdə də BSU kollektivi qulluq etsin.

Tələbələrin müəyyən edilmiş əraziyə gedib-gəlməsini “Xaliq Faiqoğlu” şirkəti təmənnasız təmin edib.