21 may 2018 23:20
724

Alimlər: Seriallara necə baxmaq lazımdır?

“Tamaşa aludəçisi” deyilən bir anlayış var ki, bunun mənası  hansısa bir serialı dəfələrlə izləmək və ya bütün bir fəsil boyu izləmək deməkdir. Alimlər bildiriblər ki, belə seyrdə yaxşı heç nə yoxdur.

Birincisi, seriallar “itirilmiş istirahət” effektinə gətirib çixarır. Bazar günü seriala baxan tamaşaçı axşam bir də fərqinə varır ki, istirahət günü bitdi və o, iki gündə istirahət edə bilmədi. Müxtəlif təəssüratlar, zamanın fərqinə varılması üçün vacib amillərdən biridir, lakin bir mənalı məşquliyyət onları təmin edə bilmir və buna görə də beyin üçün zaman tamamilə hiss edilmədən “uçur”.

İkincisi, “ tamaşa aludəçisi”  aydın şəkildə fiziki aktivliyi aşağı salır.  Belə bir “oturaq istirahət”, məsələn, hansısa bir televerilişə iki saatdan çox fasiləsiz baxmaq ömür müddətini 1,4 il qısaldır.

Boston Universitetinin tədqiqatçıları yaddaş və diqqəti təhlil edərək belə bir qərara gəliblər ki, həddindən artıq mütəmadi serial izləmək nəinki yaddaşı zəiflədir, hətta ekranda baş verən hadisələri başa düşmək qabiliyyətini də aşağı salır.

Belə bir fenomenin bir neçə izahı var. Siz seriala baxdığınız zaman fasilə verməklə, beynin qəbul etdiyi məlumatı qavramaq imkanını vermiş olursunuz.

Özünüzə seriala baxmaq məhdudiyyəti qoyun. Fasilələr verin, ən azı bir saat və bu saat ərzində fiziki aktivlik göstərin. Yatmağa getdiyiniz zaman mobil telefonu özünüzlə seriala baxmağa aparmayın. Yuxu pozğunluğundan qaçmaq üçün qadjet ekranlarının aydınlığının səviyyəsini aşağı salın və yatmamışdan heç olmasa 30 - 40 dəqiqə qabaq ondan istifadə etməyin.

Könül Əliyeva, “İki sahil”