18 oktyabr 2017 21:55
419

Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edəcək

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İqtisadi, ticarət, texnologiya və ekologiya Komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək 49-cu iclasında iştirak edəcək.

Şuradan Trend-ə verilən məlumata görə, 19-20 oktyabrda gerçəkləşdiriləcək iclasda əsas müzakirə mövzusu QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişaf perspektivləri olacaq.

İclasda həmçinin komitənin Tiflisdə keçirilmiş 48-ci iclasının protokolu təsdiqlənəcək, 50-ci iclasın gündəliyi müəyyənləşdiriləcək, komitənin strukturu ilə bağlı məsələlərə baxılacaq.