15 dekabr 2017 22:16
800

6 və 8 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edilib

6 və 8 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Dekabrın 15-dən Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı, yol nəqliyyatın hərəkəti üçün dayandırılıb və bununla bağlı olaraq 6 və 8 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev məlumat verib.

O bildirib ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək “Azadlıq Prospekti” metro stansiyası yaxınlığındakı dayanacağa daxil olan 6 və 8 nömrəli xətt üzrə hərəkət edən avtobuslar müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər.