13 fevral 2018 21:05
830

Yeni medal təsis edildi

Azərbaycanda "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı təsis edilib.

Trend-in məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilib.

Medal səfərbərlik və vətəndaşların hərbi vətənpərvərlik mövzusunda maarifləndirilməsində xidmətləri olan hərbçilərə və mülki vətəndaşlara veriləcək.