01 fevral 2018 15:13
1467

Azərbaycan gənclərinin potensialı çox böyükdür

Azərbaycan gənclərinin potensialı çox böyükdür.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov 2 fevral - Gənclər Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər.

O, gəncləri sosial şəbəkədə fəal olmağa səsləyib: "Gənlərimiz hakim partiyanın layiqli davamçılarıdırlar. Gənclərimiz ölkənin şərəfinin qorunmasında sosial şəbəkənin imkanlarından istifadə etməlidirlər. Eyni zamanda, gənclər sosial mesajların cəmiyyətə çatdırılması üçün fəal olmalıdırlar. Əminəm ki, gənclər 2018-ci ilin onların qarşısında qoyduğu hədəflərin öhdəsindən uğurla gələcəklər".

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda gənclər üçün hər cür şərait yradılıb.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib.