29 yanvar 2018 23:23
1313

Ermənilərin Dağlıq Qarabağda törətdikləri ekoloji fəlakət

“The London Post” nəşrində ermənilərin Dağlıq Qarabağda törətdikləri ekoloji fəlakət barədə məqalə yayılıb

İyirmi beş ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyanın ən uzun və ən qanlı münaqişəsi kimi tanınır. Təxminən üç onillik ərzində münaqişə işğal olunmuş ərazilərdə Azərbaycanın insan potensialına, iqtisadiyyatına, sənayesinə və kənd təsərrüfatına ağır zərbələr vurub. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağ ərazisi və ətrafındakı yeddi rayon Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Azərbaycanın işğal edilmiş ərazilərində sosial və iqtisadi infrastruktur məhv edilib ki, bu da olduqca ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. Yaxınlıqdakı rayon və kəndlərin davamlı bombardman edilməsi, ərazilərin yandırılması, işğal olunmuş ərazidə yerləşən Sərsəng su anbarının təchizatının qarşısının alınması və mineral yağışların istismarı ekoloji fəlakətə gətirib çıxarıb.

Bu fikirlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi Anastasiya Lavrinanın “The London Post” nəşrində dərc olunan məqaləsində yer alıb. Məqalədə qeyd edilir ki, suyun çatışmazlığı, eləcə də ərazilərin bombardman olunması ön xətdəki rayon və kəndlərdə geniş ərazilərdə su ilə təminatı pişləşdirib, bu da çatların yaranmasına və yerin məhsuldar təbəqəsinin məhvinə gətirib çıxarır. Dağlıq Qarabağda ən böyük su ehtiyatı olan Sərsəng su anbarı hazırda Ermənistan silahlı qüvvələri tərəfindən nəzarətdədir ki, bu da Azərbaycanın təmas xəttindəki bölgələrində su təchizatı probleminə gətirib çıxarıb.

Məqalədə, həmçinin işğal olunmuş ərazilərin meşələrində oğurlama hadisələrinin baş verdiyi qeyd edilir. Uzun illər ərzində Ermənistanın çirkli sularının bölgədən çaylara axıdılması müntəzəm olaraq aparılır. Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden və Qafan misəritmə zavodlarından çirklənmiş sular Oxçuçay çayına axıdılır, bunun nəticəsində çay hövzəsi ölü zonaya çevrilir. Belə bir davranışla Ermənistan hər hansı bir dövlətin ərazi bütövlüyünün toxunulmazlığına dair yalnız dünya qanuni nizamını pozmur, həm də işğal olunmuş dövlətin əmlakı olan daşınar və daşınmaz əmlakın məhv edilməsini qadağan edən bir sıra konvensiyaları və qətnamələri pozur. Bu problemin beynəlxalq səviyyədə daha geniş şəkildə əhatə edilməsi, fəlakətin öyrənilməsinə və qarşısının alınmasına mütəxəssislərin cəlb olunması, xüsusilə də yerüstü ekosistemlərin qorunması və bərpası, onların rasional istifadəsinin təşviqi, meşələrin idarə edilməsi, çölləşmə ilə mübarizə, torpaqların parçalanmasının və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq Birləşmiş Millətlər Təşkilatının davamlı inkişafının əsas məqsədlərindən biridir.