24 yanvar 2018 00:33
1680

Azərbaycanda media tamamilə azaddır

"Azərbaycanda bütün azadlıqlar təmin olunur. Bura media azadlığı da aiddir"

Bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.

Ölkə başçısı Azərbaycanda medianın azad olmadığına dair tənqidlərin əsassız olduğunu bildirib. Prezident diqqətə çatdırıb ki, ölkəmizdə media tamamilə azaddır.

"Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. İnternet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz" - Prezident vurğulayıb.