23 yanvar 2018 22:52
877

Ötən il tarixin ikinci ən isti ili olub

NASA alimləri 2017-ci ilin tarixin ikinci ən isti ili olduğunu açıqlayıblar.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) elm adamları dünyada istiləşmə prosesinin davam etdiyini və ötən il qlobal ortalama temperaturun 1951-1980-ci illər arasındakı orta hərarətə görə 0,9 dərəcə yüksək olduğunu bildiriblər.

NASA tədqiqatçılarının açıqlamasına əsasən, 1880-ci ildən bəri ən isti il 2016-cı il olub. Ötən il isə ikinci ən isti il kimi tarixə düşüb. Lakin ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi (NOAA) 2017-ci ili tarixin üçüncü ən isti ili hesab edir. Hər iki qurumun fərqli nəticəyə varmasına səbəb onların müxtəlif araşdırma metodlarından istifadə etməsi olub.

NASA və NOAA alimləri tarixin ən isti 5 ilinin 2010-cu ildən etibarən qeydə alındığını bildiriblər.