23 yanvar 2018 20:05
1248

Bu dükanda nə kassalar var, nə satıcılar

Dünyanın ən böyük onlayn satış şirkəti olan "Amazon" ABŞ-ın Sietl şəhərində "Amazon Go" adlı yeni dükan açıb.

Gizmodo bildirir ki, "Amazon Go" dünyada satıcılar və kassaların olmadığı ilk dükandır. "Amazon"da qeydiyyatdan keçən, akkauntları olan şəxslərbu dükana gələrək istədikləri malları götürüb gedə bilərlər. Ödəniş hesabı onların akkauntuna gələcək.

Dükana daxil olarkən alıcılar smartfonlarındakı QR kodu girişdəki aparatda qeydiyyatdan keçirməldirlər.

Dükanda alıcıların identifikasiyası tavana quraşdırılmış kameralar və elektron sensorlar vasitəsilə müəyyənləşdirilir. Bu sensorlar kompüterə alıcını "tanımağa" və onun götürdüyü məhsulu müəyyənləşdirməyə imkan verir.

Sietodəki "Amazon Go"dakı texnologiyalar 2016-cı ilin dekabrında "Amazon" əməkdaşları üçün açılmış "pilot" dükanda sınaqdan keçirilmişdi.