23 yanvar 2018 14:27
906

Sarkisyan bu gün Makronla görüşəcək

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Parisdə fransız həmkarı Emmanuel Makronla görüşəcək.

AzVision.az xəbər verir ki, Ermənistan və Fransa prezidentləri Parisdə görüşəcəklər. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Bundan əlavə, Sarkisyan bu gün Senatın sədri Jerar Larşe, Parlament sədri Fransua de Ryoji, həmçinin Fransa-Ermənistan dostluq qrupunun üzvləri ilə görüşəcək. 

Paris meriyasında isə Sarkisyan mer Ann İdalqo və erməni icmasının nümayəndələri ilə görüş keçirəcək.