23 yanvar 2018 01:29
1264

"Ferrari" tarixinin ən güclü superkarını hazırlayır

"Ferrari" şirkəti "Porsche 911 GT2 RS" və "Lamborghini Huracan Performance" modelləri ilə rəqabətə girəcək yeni superkar üzərində işləyir.

"Ölkə.Az" xəbər verir ki, şirkət bu il "488GT" avtomobilinin ən esktremal versiyasını təqdim edəcək. Bildirilir ki, kapotun altına 700 at gücü hasil edən mühərrik yerləşdiriləcək.

Şirkətdən verilən məlumata əsasən, yei model "Ferrari" tarixinin seriya modelləri üçün nəzərdə tutulan V8 tipli ən güclü mühərriklə təchiz ediləcək.  Ehtimal edilir ki, 3.9 litr həcmli ikiqat gücləndiricisi olan mühərrik standart mühərrikdən 10% yüngül olacaq.

Kuzov da əsasən, karbon lifindən hazırlanacaq.