22 yanvar 2018 23:39
3351

Qazın təhlükəsiz və itkisiz ixracı prioritet məsələdir

Bu gün neftin və qazın istehsalı kimi, onun itkisiz və təhlükəsiz, eyni zamanda, ekoloji normalara riyayət etməklə ixracı da neft şirkətlərinin əsas prioritetidir. Bu işin yüksək səviyyədə həyata keçirilməsi hər bir neft şirkətində böyük səmərəlilik göstərici də hesab olunur. Bu gün belə bir əhəmiyyətli işi SOCAR-ın “Qaz İxrac” İdarəsi uğurla həyata keçirir. Bu uğur 2017-ci ildə həyata keçiriən əhəmiyyətli işlərdə də özünü göstərib. İdarənin rəisi Qağaməli Seyfullayev ötən ilki uğurlar və qarşıda duran vəzifələrlə bağlı qəzetimizə müsahibə verərək bildirib:

- Respublika əhalisini və digər istehlakçıları təbii qazla fasiləsiz və təhlükəsiz, eyni zamanda, istehlakçıların təbii qaza artan tələbatını, o cümlədən magistral qaz kəmərləri sistemi vasitəsi ilə təbii qazın qəbulunu, nəqlini və paylanmasını təmin etmək və qaz infrastrukturunun inkişafını həyata keçirmək məqsədi ilə “Qaz İxrac” İdarəsinə məxsus ölçü qovşaqlarında, qaz paylayıcı stansiyalarda, magistral və qol qaz kəmərlərində bir çox təmir-bərpa  və yenidənqurma işləri həyata keçirilib. Axı qazın istehsalı qədər də onun itkisiz və təhlükəsiz nəqli də çox önəmli məsələdir. Bu mənada 2017- ci ildə İdarəmiz yüksək texniki-iqtisadi göstəricilərə nail olub. Belə ki, ötən il “Qaz İxrac” İdarəsi tərəfindən 14 838 milyon kubmetr qaz qəbul edilib. O cümlədən ABƏŞ-dən 2 896 milyon, AQSC- dən 2 793 milyon, Əməliyyat şirkətlərindən 313 milyon, “Azneft” İB- dən  6 708 milyon kubmetr qaz qəbul edlib. Eyni zamanda, İran İslam Respublikasından idxal 1 761 milyon kubmetr, Rusiya Federasiyasından idxal isə 349 milyon kubmetr təşkil edib. Qəbul olunan qaz həcmlərindən “Azəriqaz” İB -yə 5 813 milyon kubmetr, “Azərenerji” ASC- yə 4 725 milyon kubmetr, “Azneft” İB -yə və digər mənbələrə 2 650 milyon kubmetr təbii qaz həcmi nəql edilib.

Eyni zamanda, biz qəbul etdiyimiz təbii qazın ixracını da yüksək səviyyədə həyata keçirmişik. Belə ki, Gürcüstana müvafiq alqı-satqı müqaviləsi üzrə 2017-ci ildə 1 380 milyon kubmetr həcmində təbii qaz ixrac olunub. Naxçıvan MR-nin təbii qaza olan tələbatını təmin etmək məqsədilə Astaradan İran İslam Respublikasına müvafiq uzunmüddətli (2025-ci ilə qədər) mübadilə müqaviləsi çərçivəsində illik təqribən 402 milyon kubmetr Azərbaycan mənşəli təbii qaz təchiz olunur ki, bunun da 350 milyon kubmetri sonradan Naxçıvana çatdırılır. Bu məqsədlə təchiz olunan təbii qazın tam həcminin dəyəri ödənişsiz və maliyyə əməliyyatları olmadan beynəlxalq “swap” şərtləri əsasında həyata keçirilir. 2016 - cı ilin oktyabr ayında İran İslam Respublikası ilə bağlanmış idxal qazı müqaviləsi üzrə 2017-ci ildə 270 milyon kubmetr qaz həcmi  “Naxçıvanqaz” İB- yə təhvil verilmişdir.

-Qağaməli müəllim, 2017-ci ildə bu qədər böyük həcmdə qaz qəbul etmək və onun ixracını həyata keçirməniz üçün çox güman ki, magistaral qaz kəmərlərində böyük yenidənqurma və modernləşmə işləri aparılıb.

-Əvvəla qeyd edim ki, “Qaz İxrac” İdarəsi 3400 km magistral və paylayıcı qaz kəmərlərinə, 205 qaz paylayıcı stansiyaya və 6 Kompressor stansiyasına xidmət göstərir. Bu kəmərlərin  və stansiyaların təhlükəsiz və itkisiz nəqletmə qabiliyyətini gücləndirmək üçün davamlı yenidənqurma və əsaslı təmi işləri aparılır.  Ötən  il üzrə illik “İş Proqramı”, 2017-2020-ci illər üzrə kompleks “Perspektiv inkişaf planı”nın həyata keçirilməsi üçün “Tədbirlər planı”, Gürcüstana təbii qazın nəqlinin yaxşılaşdırılması məqsədi ilə planlaşdırılan təmir-bərpa işlərinin yerinə yetirilməsi barədə “Tədbirlər planı”  və ixrac boru neft və qaz kəmərləri ilə kəsişən və onlara yaxın ərazilərdə istismar olunan magistral qaz kəmərlərinin texniki müayinə olunması barədə “Tədbirlər planı”, Rusyadan təbii qazın qəbulu ilə əlaqədar O1220 mm-lik “Mozdok-Qazıməmməd” və O1220 mm-lik “Altağac-Ağsu” MQK-ləri üzərində  icrası planlaşdırılmış təmir-bərpa və yenidənqurma işləri barədə “Tədbirlər planı”, O1020/1220 mm-lik “Astara-Qazıməmməd” MQK-ilə sutkada 10- 15 milyon kubmetr qazın nəql edilməsi üçün 0-174-cü km-lər arası hissədə aparılacaq texniki müayinə və təmir işləri barədə “Tədbirlər planı” və.s hazırlanaraq icra olunub. İdarə üzrə magistral və qol qaz kəmərlərində, eləcə də qaz paylayıcı stansiyalarda zəruri texniki-texnoloji işlərin həyata keçirilməsi məqsədi ilə 2017-ci ildə 210 “İş Planı” icra edilib. Yeraltı qaz kəmərlərində mexaniki, korroziya xarakterli zədələnmələrin qarşısını almaq məqsədi ilə istismar olunan elektrokimyəvi mühafizə qurğularına və nəzarət ölçü məntəqələrinə mütəmadi olaraq tərtib olunmuş plan qrafikə uyğun baxış keçirilir, səmərəliliyi yoxlanılır və  daima işlək vəziyyətdə olması təmin edilir.

Ümumiyyətlə, İdarədə dövri olaraq cihazlarla və ya şurf açma yolu ilə qaz kəmərlərinin texniki vəziyyətinin müayinəsi və istismara yararlılığının təyin edilməsi işləri aparılır. Belə ki, O1220-1020 mm-lik “Astara-Qazıməmməd”, O1020 mm-lik “Qaradağ-Digah-Şimal DRES”, O1020 mm-lik “Səngəçal BQ-Qaradağ”, O1020 mm-lik “Qazıməmməd-Qazax” I xətt, O720 mm-lik “Qaradağ-Xırdalan”, O720 mm-lik “Novxanı-Xırdalan”, O720 mm-lik “Hövsan-Digah”, O720/630 mm-lik “Səngəçal BQ-AZQEZ”, O530 mm-lik “Qaradağ-Sumqayıt”, O530 mm-lik “Digah-Zirə-Cənub”, O530/426 mm-lik “Qaradağ-Duvannı”, O530 mm-lik 2QNAS-Qaraçuxur”, O530 mm-lik “Əzizbəyov dairəsi-30-cu sahə QPS”, “Bakıxanov yol qovşağı-Modul-30-cu sahə QPS”, O530 mm-lik “Göyçay-Ucar”, O325 mm-lik “Pirallahı-Qala”, və O219 mm-lik “Ucar-Zərdab” magistral qaz kəmərlərində texniki müayinə işləri aparılmış və nəticələrə uyğun olaraq istismara yararsız hissələr yenilənmişdir.

Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi əsasında “Qaz İxrac” İdarəsi tərəfindən istismar olunan magistral qaz kəmərləri ilə İxrac Boru Kəmərlərinin kəsişmə nöqtələrində boruların texniki vəziyyətinin araşdırılması ilə bağlı “Tədbirlər Planı” hazırlanmış və 135 kəsişmə nöqtəsində texniki müayinə işləri aparılmışdır. 2017-ci ilin kapital qoyuluşu proqramı əsasında 23 651 p/m boru xətti çəkilmişdir. İl ərzində aşağıdakı obyektlər üzrə tikinti-quraşdırma işləri yerinə yetirilib. “Səngəçal BQ-47-ci km-Qalmaz YQA arası 90 atm. magistral qaz kəmərinin tikintisi” obyekti üzrə 3340 p/m O720mm-lik boru kəməri çəkilmişdir. Obyektdə tikinti-quraşdırma işləri davam etdirilir. Gəncə şəhərinin təbii qaza olan təlabatının daha da yaxşılaşdırılması məqsədi ilə “Qazax MQKS-ə məxsus Gəncə QPS-in yenidənqurulması” layihəsi üzrə texnoloji avadanlıqların quraşdırılması işləri yerinə yetirilib. Obyektdə tikinti-quraşdırma işləri davam etdirilir.  QPS-lərdə beynəlxalq standartların tələblərinə cavab verən, modul tipli Qaz Paylayıcı Stansiyaların quraşdırılması ilə əlaqədar I buraxılış kompleksi üzrə Abşeron MQKS-nə məxsus 6 QPS-də işlər yekunlaşaraq modul tipli stansiyalar istismara verilib. II buraxılış kompleksi üzrə 9 ədəd QPS-in yenidən qurulması istiqamətində işlər davam etdirilir. “Sentra” MMC ilə 9 modul tipli qazpaylayıcı stansiyanın satınalınması üçün müqavilə bağlanılaraq “Qaz İxrac” İdarəsinə təhvil verilib. Modul tipli stansıyaların təyinatı üzrə quraşdırılması işlərinə başlanılıb. Abşeron MQKS-ə məxsus “Qurd qapısı” QPS magistral qaz kəməri obyekti üzrə 550 p/m O720x9 mm-lik yeni boru xətti çəkilib. Hacıqabul MQKS-nə məxsus “Səngəçal BQ-Qaradağ” MQK-nin bərpası həyata keçirilib. 22,010 km O1020 mm-lik boru kəməri demontaj olunmuş və yenidən  bərpa olunaraq I kompleks üzrə işlər yekunlaşaraq mövcud sistemə qoşulub. Bundan əlavə II kompleks üzrə “Səngəçal BQ-Qaradağ” magistral qaz kəmərinin “D kranı” ölçü qovşağının ?720 mm giriş xətti ilə əlaqələndirilməsi üçün qovşağın giriş xətti üzərində üçboğaz və qısa boru birləşdirməklə D700 mm-lik yerüstü kran quraşdırılmış və layihə əsasında separasiya sisteminin qoşulması üçün texnoloji hissədə dəyişikliklər olunmuşdur. Bu da Bakı şəhərinin, o cümlədən Şimal DRES-in və Sumqayıt ES-in fasiləsiz və etibarlı qaz təchizatının təmin edilməsinə xidmət edəcəkdir. “Astara dövlətlərarası qaz ölçü və tənzimləmə qovşaqlarının yenidən qurulması” obyektində yeni 1 ədəd qaz ölçü qovşağı və 2 ədəd tənzimləmə xətləri quraşdırılıb. Neftçala rayonunun perspektiv qaz təchizatı üçün Kür Qarabucaq kəndi ərazisində yeni Qaz Paylayıcı Stansiyanın (QPS) tikintisi” obyekti üzrə ərazinin hasarlanması, operator binasının tikintisi işlərinə başlanılmaqla uzunluğu 29.6 km D273x6 mm boru kəmərinin tikintisi başa çatdırılıb və kəmər möhkəmliyi, kipliyi yoxlanılıb. “Qaradağ-Digah-Şimal DRES” MQK-nin 0,8 km-də yerləşən “M” kranı meydançasında tənzimləyici qovşağın tikintisi” obyektində operator otağı, yanğın və içməli su hovuzları, radiorabitə qülləsi, projektor dayağı, 3 xəttli tənzimləyici sistem qurulmaqla və abadlıq işləri görülməklə işlər yekunlaşıb. “Hacıqabul MQKS-nin Qaradağ KS-də 1250 kVa dizel-generatorunun quraşdırılması, sistemə qoşulması, AVR sxeminin yığılması və yoxlanılması” obyekti üzrə dizel-generator quraşdırılmaqla sistemə qoşulub. “Şirvan QPS-də mövcud separatorların sistemə birləşdirilməsi” obyekti üzrə “Cənub” İES -nə verilən qazın fasiləsizliyinin təmin olunması və keyfiyyətinin yaxşılaşdırılması üçün Şirvan QPS-də mövcud, lakin istismar olunmayan 2 ədəd separatorlar üzərində defeskopiya işləri aparılmış, yararlılıq dərəcəsi yoxlanılmış, möhkəmliyə və kipliyə sınaq olunaraq ilkin cizgilər əsasında sistemə qoşulmuş və bundan başqa Şirvan QPS-da texnoloji hissədə təmir işləri aparılaraq qovşağın girişinə əlavə 2 ədəd FSQ-6,3/200 markalı, 2 ədəd THQS530/25 markalı filter-separatorlar quraşdırılıb. “Salyan Oyl LTD” ƏŞ-nin “Kürsəngi” yatağından hasil olunan səmt qazının yığılaraq Şirvan QPS-də yüksək təzyiqli kəmərə ötürülmə sisteminin tikintisi” layihəsi üzrə tikinti aparılan ərazi but daşları verilərək düzlənib. Kompressor talvarının dəmir-beton bünövrəsi hazırlanmış, metal konstruksiyalar quraşdırılıb. Borularaltı dəmir-beton dayaqlar hazırlanmaqla avadanlıqların borularla birləşməsi yerinə yetirilib. Burada bir ədəd D1200 mm-lik separator quraşdırılıb. Hazırda obyektdə tikini-quraşdırma işləri davam etdirilir. “Qaz İxrac” İdarəsi üzrə elektrik təchizatı obyektlərində 26,8 km elektrik verilişi xətti çəkilib, 16 ədəd KTM quraşdırılıb, ümimilikdə 31 ədəd QPS və EKM qurğuları elektrik enerjisi ilə təchiz olunub.

Həmçinin  2017-ci ilin əsas fondların əsaslı təmiri proqramı üzrə cəmi 22410  p/m  müxtəlif diametrli boru xətti təmir olunub. Belə ki, 2016-2017-ci illərin payız-qış mövsümündə Gürcüstana 25 atm. təzyiqlə gündəlik 10,0 milyon kubmetr qazın ixrac edilməsi məqsədilə O1020-1220 mm-lik “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəməri üzərində Zəyəm çay, Tovuz çay, Coğaz çay keçidləri təmir olunmaqla mövcud sistemə qoşulub. II xətt magistral qaz kəməri üzərində isə Şəmkir çay, Coğaz çay və Ağsu çay keçidləri təmir olunub və mövcud sistemə qoşulub. O1220-1020 mm-lik “Astara - Qazıməmməd” magistral qaz kəməri üzərində Lənkəran çay keçidi təmir olunmaqla  mövcud sistemə qoşulub. İran İR-dan qazın idxalını və ixracını təmin etmək məqsədi üçün O 1220-1020 mm-lik “Astara - Qazıməmməd” magistral qaz kəmərlərinin, 52-ci km-də 320 p/m, 71-ci km-də 72 pm, 82-ci km-də 105 pm,  83-cü km-də 150 pm, 103-cü km-də 110 pm, 191.2-ci km-də isə 33 p/m  boru xətti çəkilərək təmir olunub.

-Bəs “Qaz İxrac” İdarəsi öz daxili imkanları hesabına hansı işləri həyata keçirib?

-2017-ci ildə də İdarə öz gücü ilə aşağıdakı obyektlərdə xeyli təmir işləri görüb və bu gün ə davam edir. Belə ki, “Azneft” İstehsalat Birliyinin sturukturuna daxil olan Ə.C.Əmirov adına NQÇİ-yə məxsus “Qalmaz-Daşgil” və “Petro HongKong-Pirsaat Oil Limited” MMC-yə məxsus qaz xətlərindən qazın qəbul olunması üçün “Azneft” İstehsalat Birliyindən “Qaz İxrac” İdarəsinə verilmiş O219 mm-lik “Ələt-Daşgil” qaz kəmərinin 9620 metr hissəsi təmir olunaraq sınaq olunmaqla mövcud xəttə birləşdirilib. İşlər davam etdirilir. Kürsəngi KS-Şirvan QPS qaz kəmərinin  10-11,2-ci km arası məsafədə 1173 p/m, 24-29,3-cü km arası məsafədə 5250 p/m, 31-32,5-ci km arası məsafədə 1249 p/m D 530 mm-lik borulardan qaz xətti çəkilib sınaq işləri aparılmaqla mövcud kəmərə birləşdirilib. O720 mm-lik Mingəçevir QPS II xətt qaz kəmərinin 0-cı km-də D 700 mm-lik yeraltı kran və D 200 mm-lik baypas kranı yenisi ilə əvəz olunub. O530 mm-lik Yevlax-1 QPS qaz kəməri əsaslı təmir olunaraq 1149 p/m boru çəkilərək möcud sistemə qoşulub. O1020 mm-lik “Qazıməmməd-Qazax” II xətt MQK-nin 330-cu km-də 34 saylı D1000 mm-lik xətti kran üzərindəki, D300 mm-lik 2 ədəd baypas kranları və 1 ədəd D 300 mm-lik şam kranı yenisi ilə əvəzlənib. O1020 mm “Qazax-Saquramo” MQK-nin 0-cı km-dəki D700 mm-lik 37 saylı xətti kran yenisi ilə əvəz olunub. Yəni İdarənin öz gücü hesabına həyata keçirdiyi daha onlarla bu kimi işləri saymaq olar. Bir sözlə, qeyd etdiyim bütün bu işlər magistral qaz kəmərləri vasitəsi ilə nəql olunan təbii qazın dayanıqlı, təhlükəsiz nəqlinə və qaz itkilərinin azaldılmasına yönəlibdir.

- Ötən il hansı müasirləşdirmə işləri həyata keçirilib? Yəni istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində görülmüş işlər qənaətbəxşdirmi?

- Qeyd edim ki, SOCAR-la Almaniyanın “EYRİS ENGİNEERİNG SERVİCES GmbH” şirkətinin əməkdaşlığı çərçivəsində yeni kükürdsüz “Gasodor S-Free” odorizasiya maddəsinin tətbiqi ilə bağlı işlər görülür. Bu, pilot layihədir. Belə ki, Hacıqabul MQKS-nə məxsus “Qobustan” qazpaylayıcı stansiyası bu layihə üçün seçilib. I mərhələnin nəticələri qənaətbəxş hesab olunmaqla bu istiqamətdə işlərin davam etdirilməsi qərara alınıb. Layihənin növbəti mərhələsi 2017-ci ilin may ayında keçirilib. Həmçinin  “Symrise AG” şirkəti tərəfindən əhalini maarifləndirmək məqsədilə Azərbaycan dilində xüsusi buklet tərtib olunaraq abonentlərə paylanılmamqla yeni odorizasiya maddəsi barədə ətraflı məlumat verilib. Hər iki mərhələnin nəticələri “Qaz İxrac” İdarəsinin və “Symrise AG” şirkətinin mütəxəssisləri tərəfindən müsbət dəyərləndirilib. Eyni zamanda yeni kükürdsüz “Gasodor S-Free” odorant maddəsi haqqında abonentlərin təəssüratları öyrənilib. Əhali abonentləri tərəfindən qazda olan yeni qoxunun kəskin olmadığı bildirilməklə iş müsbət qiymətləndirilib.

- Əməyin  mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması hər bir idarənin, eyni zamanda, istehsalat göstəricisi və işgüzarlıq normasıdır. Bu istiqamətdə “Qaz İxrac” İdarəsində vəziyyət necədir? 

-Bütövlükdə “Qaz İxrac” İdarəsi öz fəaliyyətini milli qanunvericiliyə və ISO 9001, ISO 14001, ISO 50001 və OHSAS 18001 Beynəlxalq standartların tələbləri səviyyəsində qurur. 2017-ci ilin 12 ayı ərzində müəssisələrimizdə İdarənin Daimi Fəaliyyət Komissiyası, TESİEŞ-nin işçiləri və nəzarətedici orqanlar (FHN-nin SİTGDMNDA, AR FHN DYNX) tərəfindən əmək şəraitinin vəziyyəti, iş yerlərinin hazırlanması və əməyin mühafizəsinə dair sənədləşmənin vəziyyəti üzrə  yoxlamalar aparılıb. Yoxlamalar zamanı aşkar edilən uyğunsuzluqlar aradan qaldırılıb.  İdarənin Magistral Qaz Kəmərləri Sahələrində işçilərin maarifləndirilməsi məqsədilə ötən il “Enerji mənbələrinin təcrid edilməsi-elektrik işləri”, “Enerjinin idarə edilməsi”, “İlan sancması əleyhinə tədbirlər”, “Qaz mühitinin təyin edilməsi”, “Günvurma zamanı ilk tibbi yardım” və “İş yerində stress-kollektiv çağırış” mövzularında təqdimatlar keçirilib. İdarəmizin inzibati binası, kompressor stansiyaları, qaz paylayıcı stansiyalar, qaz tənzimləyici məntəqələr və ölçü qovşaqlarında binaların, tikililərin, otaqların və texniki avadanlıqların yanğından qorunması üçün quraşdırılmış yanğın xəbərverici sistemlərin işlək vəziyyətdə olması daim nəzarətdə saxlanılır. MQKS-lərdə onların ərazilərində, xüsusən də yaşayış məntəqəsindən uzaq obyektlərdə çalışan işçilərin həyatını ilanlardan və digər zəhərli həşəratlardan qorumaq məqsədlə SOCAR-ın Ekologiya İdarəsinin tərkibindəki GEM-in işçiləri tərəfindən dərmanlama işləri aparılıb, həmçinin Mərkəzin işçiləri tərəfindən müqaviləyə uyğun olaraq planlı şəkildə MQKS-lərin inzibati binalarında, KS-lərdə, QPS-lərdə, ÖQ-larında ərazilərdə və otaqlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işləri həyata keçirilib. TESİEŞ-nin nəzdində olan sənaye-sanitar laboratoriyası tərəfindən  İdarəmizdə mövcud olan bütün iş yerlərində zərərli və təhlükəli istehsalat amillərinin səviyyəsinin müəyyən edilməsi üçün instrumental ölçmələr həyata keçirilməklə müvafiq sağlamlaşdırıcı-profilaktik tədbirlər görülüb. İl ərzində işçilər xüsusi geyim, xüsusi ayaqqabı, digər FMV və qoruyucu vasitələr ilə təmin olunublar. İstehsalat sahələrində ilansancmaları zamanı işçilərin sağlamlığının təmin olunması məqsədi ilə ilan zəhərinə qarşı polivalent zərdablar (antigürzə) alınaraq sahələrə paylanıb. Ötən il keçirilən iməciliklər zamanı MQKS-lərin ərazilərində 3835 ədəd ağac-gül kolları əkilib və  əkilən ağacları suvarmaq üçün süni suvarma üsulları tətbiq edilib.

- Ötən il “Qaz İxrac” İdarəsi hansı beynəlxalq standart sertifikatlarını almağa nail olub?

-Kollektivimiz fəaliyyətində davamlı olaraq müasir iş metodlarına geniş yer verdiyi üçün bir neçə beynəlxalq standart sertifikatlarına layiq görülüb. Xüsusilə ISO 9001, ISO 14001, ISO 50001 və OHSAS 18001 beynəlxalq standarları ilə sertifikatlaşdırılmış idarə aparatı və Abşeron, Ağdam, Siyəzən MQKS-lərdə çalışan işçilərlə maarifləndirmə işləri həyata keçiriliəklə onlar  beynəlxalq standartların əhəmiyyəti  və tətbiqi vəziyyəti barədə geniş məlumatlandırılıblar. ISO 50001 (Enerji İdarəetmə Sistemi) Beynəlxalq Standartının tətbiqinin vəziyyətini yoxlamaq məqsədilə “Bureau Veritas” Şirkətinin Türkiyə nümayəndəliyinin auditoru tərəfindən idarə üzrə növbədənkənar xarici audit keçirilib. İdarə öz istehlakçıları arasında müştəri məmnuniyyətinə dair sorğu keçirməklə uğurlu nəticə əldə edib. Bundan başqa, işçi personalla müvafiq söhbətlər aparılmaqla onların öz iş yerlərindən, gələcək karyera imkanlarından, rəhbərlikdən və sosial xidmətlərdən məmnunluğunu yoxlamaq məqsədilə “işçi məmnunluğunun qiymətləndirilməsi” sorğusu keçirilib. Sorğunun nəticəsi də qənaətbəxş hesab edilib. Tətbiq edilən Beynəlxalq Standartların əhatə dairəsini genişləndirmək məqsədilə ötən il Astara, Ağdaş, Hacıqabul və Qazax MQKS-lərdə müvafiq sənədləşmə və maarifləndirmə işlərinin aparılması üçün toplantılar keçirilib. 2018-ci ildə də sözügedən sahələrin sertifikatlaşdırılması nəzərdə tutulur. 

Elçin Zaman, “İki sahil”