22 yanvar 2018 23:19
1126

Robot uşaq valideynlərə nəyi göstərdi?

Uşaqlarda  yetişməmiş immunitet  daim xaricdən gələn hücumlara  qarşı  mübarizə aparmağı öyrənir: həyatın ilk pillələrində  uşaqlar risk zonasını tərk etmirlər.

Amerika və Finlandiya tədqiqatçıları valideynlərin diqqətini çox vacib bir məsələyə- döşəmənin təmizliyinə cəlb etmək qərarına gəliblər.  Hətta müntəzəm ümumi təmizləmə belə  mütləq sterilliyi təmin edə bilmir.  Mənzillərin döşəməsində  təkcə kir deyil, həm də biotullantılar olan dəhşətli  bakteriya, toz və göbələk yığını,  dəri hissəcikləri və s. toplanır. Körpə  yerdə iməkləyərkən  bütün bu yığıntılr ilə nəfəs alır.

Əksəriyyət  valideyn uşağı qorumaq üçün yerə xalça sərir. Bu paradoks ondan irəli gəlir ki,  xalçalar  üzərində daha çox zəhərli hissəciklər yığılır.

Bu, həqiqətənmi təhlükəlidir?  ABŞ -ın Perdyu Universitetinin tədqiqatçıları  evdə bütün xalçaları götürməyə tələsməmək məsləhətini verirlər. Onlar  məlumatlarında    körpənin həmişə  müxtəlif hissəciklərdən nəfəs aldığı həqiqətin əslində   pis xəbər olmadığını bildirirlər. Əksinə mikrobların və digər biokütlələrin “inhalasiyası”  immunitetin formalaşmasında və gələcəkdə uşağın  astma və allergik reaksiyalardan qorunmasında mühüm rol oynaya bilər.

İşin aparıcı müəllifi Brendon Bur  və onun dəstəsi   həyatın ilk illərində  iməkləyən  uşaqlar tərəfindən tənəffüs olunan bioloji materialları öyrənməyə qərar verib. Bundan əvvəl onlar  havada  nə qədər kir və biomaterialların yığıldığını  müəyyən edə bilmişdilər. Lakin  körpələr haqqında bu cür məlumatlar  heç kəsdə  yox idi.

Bu məsələni öyrənmək üçün elm adamları iməkləyə  bilən robot uşaq yaradıblar.

Robot uşağı könüllü evlərdən götürülən beş müxtəlif xalçanın  üzərində iməkləməyə göndəriblər. Robot körpə iməkləyərkən, mütəxəssislər “tənəffüs zonalarının” olduğunu qeyd edərək, onlardan nümunə götürüb və havadakı bütün hissəcikləri təhlil ediblər.

Müəlliflər izah edirlər: uşaq döşəmədə  iməkləyərkən, onun hərəkətləri  bakteriyaların kütlələrini “narahat edir” və onlar rahatlıqla havaya  qalxır və asanlıqla körpənin ağız və burun boşluğuna dolur.

Nəticədə mütəxəssislərin hesablamalarına əsasən, bir uşaq bir xalça üzərində iməkləyərkən,  böyüklərdən fərqli olaraq dörd dəfə çox biotullantı udur.

Tədqiqat rəhbərinin sözlərinə görə,  belə bir texnologiyanı istifadə edərək, ən bakterioloji hüceyrələr, göbələk yığıntları  və toz hissəcikləri qeyri-bioloji materialdan asanlıqla fərqlənə bilər. Bu arada finlandiyalı mikrobiologlar qrupu toplanan mikroorqanizmlərin DNT analizlərini aparıblar.

Yetkinlərdə bioloji hissəciklərin əhəmiyyətli bir hissəsi yuxarı tənəffüs sistemində, burunlarda və boğazda qalır, lakin çox kiçik uşaqlar ağızdan daha tez nəfəs alırlar və biokütlənin əhəmiyyətli bir hissəsi aşağı tənəffüs yollarında yerləşir. “Hissəciklər ağciyərin ən dərin bölgələrinə düşür”, - deyə Bur açıqlayıb.

Lakin hələ də  bu cür təsirlərin necə zərərli olması məsələsi   açıq qalır. Tədqiqatçılar bunun  məhz  təbiət tərəfindən  nəzərdə tutulmuş nəzəriyyə olduğunu düşünürlər. Bundan başqa,  onlar 1980-ci illərin sonlarında “gigiyena fərziyyəsini” ortaya qoyan və çox təmiz bir mühitin immunitet sisteminin inkişafına mane ola biləcəyini söyləyən britaniyalı epidemioloq Devid Straxanın işinə istinad edirlər.

“Bəzi bakterial və göbələk növlərinin təsirləri əlbəttə ki, astmanın inkişafına gətirib çıxara bilər” -  Bur bu fikidədir. Lakin, çoxsaylı tədqiqatlar göstərir ki, körpənin konsentrasiyalara məruz qalmağı , əksinə, immunitet sisteminə meydan oxumaq və müqavimətin inkişafına səbəb olan tənəffüs xəstəliklərinin inkişafı ehtimalını azalda bilər.

Yeri gəlmişkən, bəzi bağırsaq bakteriyaları eyni xüsusiyyətlərə sahibdirlər.

Könül Əliyeva, “İki sahil”