22 yanvar 2018 23:13
962

Vəkil olmaq istəyənlərin nəzərinə!

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 28-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə bu quruma üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən bildiriblər ki, test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiqləyən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.