22 yanvar 2018 22:34
958

Davosda güclü qar nəqliyyatın hərəkətini iflic edib

Güclü qar İsveçrənin dağ-xizək kurortu Davosda nəqliyyatın hərəkətini iflic edib. Sabah bu kurort şəhərində Dünya İqtisadi Forumu açılacaq.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ötən həftə başlayan və hələ də yağmaqda davam edən qar səbəbindən yanvarın 22-də günorta saatlarında Davos və Klosters arasında qatarların hərəkəti tam dayanıb. Hazırda kəndlər arasında Forum təşkilatçıları tərəfindən verilmiş mikroavtobuslar işləyir. Lakin çoxlu qar kütləsi Davosun küçələrində hərəkəti olduqca çətinləşdirib: insanlar tıxaclarda uzun-uzadı gözləməli olurlar.

Bazar ertəsi günü İsveçrənin Qar və Uçqun Tədqiqatı İnstitutu İsveçrə Alpları, o cümlədən Davos rayonunda ən yüksək – beşinci dərəcə qar uçqunu təhlükəsi səviyyəsi barədə məlumat yayıb.