22 yanvar 2018 21:32
960

Ölkəmizdəki "Ford"lar da geri çağırılacaq?

“Ford” şirkəti avtomobillərin geri çağırılması ilə bağlı Azərbaycana müraciət etməyib.

Bu barədə özəl olaraq “Ford”un Azərbaycandakı rəsmi distribyutoru “Nurgün Motors”dan məlumat verilib.

Məlumatda qeyd olunur ki, hər ölkəyə sifarişdən və bazar tələbatından asılı olaraq fərqli partiya avtomobillər göndərilir: “Hər bazarın öz xüsusisyyətləri var. Rusiyaya aid partiyada olan modellər Azərbaycana daxil olmayıb, ona görə də “Ford” markalı avtomobillərin geri çağırılması gözlənilmir”.

Qeyd edək ki, “Ford” Rusiyada 15 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, geri çağırılma Rusiyada 2012-ci ilin mayından 2014-cü ilin dekabrınadək satılmış "Kuqa" və “C-Max” modellərinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar silindr bloku başlığının qızması ilə əlaqədardır.

Bu qüsurun korpusda çatların yaranmasına və yağ sızmasına səbəb ola biləcəyi deyilir.