22 yanvar 2018 19:37
924

Rusiya Afrindəki əməliyyatları diqqətlə izləyir

Rusiya Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatları diqqətlə izləyir. 

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması olduqca önəmlidir: "Şübhəsiz biz Afrində baş verənlərlə əlaqədar humanitar vəziyyəti diqqətlə izləyirik". 

Qeyd edək ki, ötən həftənin şənbə günü Türkiyə Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlara başlayıb. "Zeytun budağı" adlı əməliyyatlar uğurla davam etdirilir.