22 yanvar 2018 16:00
892

Nazir Tərtərdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 24-də Tərtər şəhərində vətəndaşların qəbulunu keçirəcək.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, Gənclər Mərkəzinin binasında keçiriləcək qəbulda Tərtər, Ağdam, Bərdə rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında yanvarın 23-də saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: 994 (12) 512-01-14, e-mail: [email protected].