2040-cı ilədək təbii qazdan istifadə 45 faiz artacaq

19 yanvar 2018 23:33
1338

Qlobal neft tələbatı davamlı olaraq azalma tempində olsa da 2040-cı ilə qədər artmaqda davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2040-cı ilə qədər təbii qazdan istifadə 45 faiz artacaq.

Çin 2030-cu ilədək ən böyük neft istehlakçısı ABŞ-ı geridə qoyacaq. 2040-ci ildə isə Çinin xalis neft idxalı gündəlik 13 milyon barrelə çatacaq.

ABŞ digər ölkələrlə müqayisədə neft-qaz hasilatını daha böyük həcmdə artırır. Hazırda qaz ixracatçısı olan ABŞ 2020-ci ilin sonlarında xalis neft ixracatçısına çevriləcək.

IEA-nın proqnozuna görə, 2010-cu ildən 2025-ci ilə qədər ABŞ neft hasilatını gündəlik 8 milyon barrel artıraraq neft bazarı tarixində istehsalını ən sürətlə artıran ölkə olacaq. 2008-ci ildən etibarən 15 il ərzində ABŞ-ın təbii qaz istehsalındakı 630 milyard kubmetrlik artım qaz hasilatı üzrə rekordu yeniləyəcək.