19 yanvar 2018 15:37
1437

Gömrük Komitəsi Vergilər Nazirliyi ilə birləşdirilir?

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbərlik etdiyi komitənin Vergilər Nazirliyinə birləşdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, Aydın Əliyev bildirib ki, komitənin birləşməsi ilə bağlı məsələ hökumət tərəfindən təhlil edilməli və qərar verilməlidir.

Onun sözlərinə görə, gömrük orqanlarının fəaliyyəti ilə bağlı qərarı ölkə rəhbərliyi qəbul edir.

Qeyd edək ki, son günlər bəzi KİV-lərdə Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyi ilə birləşdiriləcəyinə dair məlumatlar yayılıb.