19 yanvar 2018 15:20
1100

Gömrük orqanlarından şikayətlərin sayında 1600 azalma olub

Ötən il gömrük orqanlarından şikayətlərin sayında 1600 azalma olub.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 19-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirilib ki, 2015-ci ildə gömrük orqanları barədə 2500 şikayət daxil olubsa, 2016-cı ildə bu rəqəm 2300-dən bir az çox olub. Ötən il isə şikayətlərin sayında 1600 azalma olub və şikayətlərin sayı 700-dən aşağı olub.

A.Əliyev qeyd edib ki, şikayətlərin 95 faizi fiziki şəxslər tərəfindən daxil olub. Şikayətlər gömrük sərhədindən keçərkən aksiz mallarla bağlı olub.