19 yanvar 2018 14:25
1484

Papa təyyarədə nikah kəsdi

Roma Papası 1-ci Fransisk dünyada ilk dəfə olaraq təyyarədə nikah kəsib.

Çilinin paytaxtı Santyaqodan İikikeyə yollanarkən təyyarədə Papaya stüardlar, 41 yaşlı Karlos Çuffardi və 39 yaşlı Paula Podest yaxınlaşaraq evlənmək niyyətində olduqlarını deyiblər, pontifikdən xeyir-dua istəyiblər.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, Karlosla Paulanın dediklərinə görə, 8 ildən bəri qeyri-rəsmi nikahda yaşayırlar. Onların iki övladı - 6 yaşlı İzabella və 3 yaşlı Rafaella - var.

"Santyaqoda nikahımızı rəsmiləşdirmək istədiyimiz kilsə 2010-cu ildə zəlzələdə darmadağın olub", - Karlos Çuffardi söydəyib.

Papa onları dinləyib və soruşub: "Evlənmək istəyirsiniz? Əminsiniz?" Daha sonra Papa nikah kəsib.

Karlosla Paula reysi həyata keçirən aviaşirkətin blankında nikah şəhadətnaməsini imzalayıblar.