19 yanvar 2018 14:13
1402

Dron okeanda batan iki yeniyetməni xilas etdi

Avstraliyada dron okeanda batmaq təhlükəsi ilə üzləşmiş iki yeniyetməni xilas edib.

Trend-in məlumatına görə, xilasedicilər köpəkbalıqları tərəfindən hücumların sayının azaldılması üzrə dövlət proqramı çərçivəsində sınaq işlərinə hazırlaşarkən iki sörfinqçinin köməyə ehtiyacı olduğu barədə siqnal daxil olub. Dərhal drona xilasetmə vasitəsi bərkidilib və pilotsuz uçan aparat hadisə yerinə göndərilib.

Bütün xilasetmə prosesi dronun kamerası ilə çəkilib.

Qeyd edək ki, bu, pilotsuz aparat vasitəsilə ilk xilasetmə əməliyyatıdır.