19 yanvar 2018 14:04
1122

İpoteka krediti verən müvəkkil bankların sayı 23-ə çatıb

İpoteka krediti verən müvəkkil bankların sayı 23-ə çatıb.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən bildiriblər ki, ötən dövrdə fond tərəfindən daha 5 bank, 1 sığorta şirkəti və 6 qiymətləndirici şirkət qurumun müvəkkil təşkilatları siyahısına əlavə edilib. İpoteka krediti verən müvəkkil bankların sayı 23-ə ("Caspian Development Bank" ASC "Atabank" ASC-yə qoşulub, "Dəmirbank" ASC-nin bank lisenziyası ləğv edilib), sığorta şirkətlərinin sayı 17-yə, qiymətləndirici şirkətlərin sayı isə 14-ə çatdırılıb.