18 yanvar 2018 00:15
1958

Antibiotiklər viruslara təsir etmir?

Ciddi təsir etməsinə baxmayaraq həkimlər qripə tutulduğumuz zaman yenə də antibiotik təyin edirlər

Viruslar antibiotikə davamlıdır

Bu, mütləq bir həqiqətdir. Antibiotiklər bakteriyaların həyat fəaliyyəti proseslərini pozmağa yönəlmişdir. Halbuki, bu zaman onlar normal olaraq bölünə bilmirlər və nəticədə məhv olurlar. Lakin xəstənin sağlamlığına ciddi ziyan vermədən viruslara təsir  edə bilən maddələr təbiətdə mövcud deyil, çünki viruslar bölünə bilmirlər və onların öz daxili metabolizması yoxdur. Antibiotiklər virus infeksiyaların müalicəsində yararsızdır.

Çox hallarda virus infeksiyası başqa bir  bakterial infeksiya ilə birləşəndə  mürəkkəbləşir. Bax bu zaman  burada müalicə üçün antibiotik lazımdır. Məsələn, bir uşaqda qrip görünür? Boğazda ağrılar, öskürək, burun tutulması, hərarət. Burundan ayrılan selik   şəffaf olsa, deməli yalnız bir virus infeksiya ilə bağlıdır. Burundan ayrılan selik yaşıl ya da sarı rəng  görünüşünə malikdirsə  bu, bakterial infeksiyaların birləşməsinin göstəricisidir.

Soyuqdəymənin  ilk əlamətində antibiotik qəbul etməyin. Çünki bunun faydası yoxdur.

Soyuq və rütubət virus
infeksiyasına səbəb deyil

Tez-tez soyuqdəymənin səbəbi soyuq və rütubət adlanır. “Papağını qoy, yoxsa xəstələnərsən” - tanış sözdür?  Soyuq hava özü-özlüyündə (xüsusilə qışda) virus daşımır - ondan xəstələnmək olmaz. Bundan əlavə,  virusların əksəriyyəti canlı deyil, xarici mühitdə onlar ultrabənövşəyi və digər amillərin təsirindən  məhv olurlar. Virus infeksiyaları yalnız xəstə bir şəxslə təmasdan sonra inkişaf edir. Bununla belə  hər kəs xəstəliyə tutulmur, hər şey  immun sisteminin vəziyyətindən asılıdır.

Soyuqdəymənin  əsas təhlükəsi immun statusunun pozulması və selikli qişanın qoruyucu funksiyasının azalmasıdır.

Virusları öldürən dərman hələki mövcud deyil

Virusları öldürən dərman hələ tapılmayıb.   Virus əleyhinə preparatların geniş  reklamı  bir əsasda toplanır: onlar immun sisteminin cavab  keyfiyyətini və intensivliyini dəyişərək onun vəziyyətini modulyasiya edir.  Bu, yaxşı bir profilaktikadır.

Mühüm nüans: sonuncu profilaktik vasitələr o zaman münasibdir ki, şəxsin normal immun statusu mövcüddur.

Herpes virusu demək olar ki, hamıda var

Yer üzündə   insanların cəmi 4 % i herpes virusunun daşıyıcısı deyil,  Sizin  onların sayına aid olma ehtimalınız  çox azdır.

Xarici mühitdə,  otaq temperaturunda və normal rütubətdə,  sadə herpes virusu 24 saat davam edir, 50-52 ° C-də 30 dəqiqədən sonra  aktivlikdən düşür və aşağı temperaturda (-70 ° C) virus 5 gün davam edə bilər.

Metal səthlərdə (sikkələr, qapı tutacaqları, su kranları) virus 2 saat  yaşayır,  nəmli steril tibb pambıq və ya tənzif  üzərində isə onlar quruyana qədər, yəni təxminən altı saat yaşayır. Bundan başqa, ultrabənövşəyi şüaların təsiri nəticəsində virus tez bir şəkildə  məhv olur.

Virus, xroniki yorğunluq sindromunun mümkün səbəblərindən biridir

Bir şəxs həmişə kifayət qədər yata bilmirsə, yorğunluq və gücsüzlükdən, yuxusuzluqdan,  sinir ağrılarından əziyyət çəkirsə və əgər bütün analizlər rəsmi şəkildə qaydasındadırsa - bu, immunoloqa  müraciət  üçün birbaşa göstəricidir.

Bu vəziyyət Epşteyn-Barr virusu infeksiyasının aktivasiyası ola bilər. Sübut olunub ki, bu virus  tez-tez xroniki yorğunluq sindromunun inkişaf səbəbidir.

Epşteyn-Barr virusundan tamamilə xilas olmaq mümkün deyil -  həmin insan həyatı boyu onun  daşıyıcısına çevrilir.