18 yanvar 2018 00:12
931

Beyinsiz dünyaya gələn uşağı məktəbə hazırlayırlar

2012-ci ildə dünyaya göz açan Noada həkimlər nadir görünən onurğa xəstəliyi aşkar ediblər. lakin bundan başqa bu uşaqda demək olar ki, baş beyin tamamilə yox vəziyyətində olub. Cəmi 2% boz maye olub. Dəhşətli görünən diaqnozdan sonra əksinə uşaq əsl döyüşkən olub. O, nəinki yaşayıb, hətta bu yaxınlarda məktəbə də gedəcək.

Uşaqda hansısa bir xəstəliyin olması hələ o doğulmamışdan bəlli idi. Həkimlər uşağın yaşamayacağını bildirmişdilər. Lakin möcüzə baş verdi və aparılan bir çox əməliyyatlardan sonra həkim onurğa sütununda olan problemin müəyyən bir hissəsini  sağalda bilib. İndi uşaq çox xoşbəxt görünür.

Noanın beyni nəhəng kista səbəbindən inkişaf edə bilməyib. Həkimlər kistanı götürdükdən sonra beynin inkişaf edə biləcəyinə ümid etmirdilər. Lakin yenə möcüzə baş verdi.

İndi Noa artıq beş yaşındadır. O, artıq danışa, yaza və sözləri tələffüz edə bilir. Gələcəkdə valideyinləri yenə möcüzə baş verəcəyinə və Noanın yeriyəcəyinə ümid edirlər.

Könül Əliyeva, “İki sahil”