18 yanvar 2018 00:35
1052

Bayyö işləmələri 950 il sonra ilk dəfə ölkədən çıxır

Fransanın Bayyödəki "Musee de la Tapisserie de Bayeux" muzeyində nümayiş etdirilən Romansk sənət dövrünə aid Bayyö işləmələri 950 il sonra ilk dəfə ölkədən çıxır.

"Ölkə.Az" xəbər verir ki, 1066-cı ildə Hastinq müharibəsinin nəticəsi olaraq normanlar tərəfindən ələ keçirilən İngiltərənin tarixini norman baxış bucağı ilə izah edən kilimlərdən söhbət gedir. 70 metr uzunluğu, 50 sm eni olan kilim XI əsrdə hazırlanıb. İşləmələr latınca yazılıb.

Kilimin surəti də var. Amma Fransada saxlanılan versiya orijinaldır.

1886-cı ildə İngiltərədə hazırlanan surət Berkşirdə nümayiş olunur.

Bayyö işləməsi 950 ildən sonra ilk dəfə Fransa ərazisini tərk edərək İngiltərəyə aparılır. Kilim 1803-cü ildə Napoleon Bonapart tərəfindən Parisə aparılıb. 1945-ci ildə Luvr muzeyində nümayiş edilib.