17 yanvar 2018 22:55
1339

Britaniyada tənhalıq naziri təyin edildi

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin idman və ictimaiyyət naziri Treysi Krauçu yeni yaradılmış Tənhalıq məsələləri üzrə Nazirliyin rəhbəri təyin edib.

Trend-in məlumatına görə, T.Mey yeni nazirliyin bir neçə il öncə qətlə yetirilmiş deputat Co Koksun fəaliyyəti əsasında yaradıldığını bildirib.

Qeyd edək ki, C.Koks Böyük Britaniya Parlamentində tənhalıq məsələləri üzrə komissiyaya rəhbərlik edib və özünü tənha hiss edən vətəndaşlara yardım üçün orqanın yaradılmasına çalışıb.

Hələlik Tənhalıq Nazirliyinin konkret olaraq hansı fəaliyyətlə məşğul olacağı barədə məlumat verilməyib.