17 yanvar 2018 22:32
1043

Dekabrda Moskvada Günəş 6-7 dəqiqə görünüb

Rusiya Meteorologiya Mərkəzinin məlumatına görə, ötən ilin dekabrında Moskvada Günəş cəmi 6-7 dəqiqə görünüb.

AZƏRTAC xəbər verir ki, mərkəzin rəhbəri Roman Vilfand Günəşin az görünməsinə səbəbin buludlar olduğunu deyib. Bu nəticə ilə 2017-ci il dekabr ayı şəhərin tarixində “ən qaranlıq ay” kimi yadda qalıb.

Mərkəz rəhbəri şəhər sakinlərinin bu səbəbdən depressiyaya düşdüyünü bildirib.

Moskva tarixində bundan əvvəl “ən qaranlıq ay” 2000-ci il dekabr ayında müşahidə olunub. Belə ki, o zaman Günəş yalnız 3 saat görünüb.