17 yanvar 2018 20:26
1336

Metanol istehsalı 2,3 dəfə artıb

Keçən il Azərbaycanda 48,5 min ton propilen (ondan 37,6 min ton əmtəəlik), 93,2 min ton polietilen, 96,1 min ton etilen, 11.885,4 ton izopropil spirti və 265,8 min ton metanol (metil spirti) istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il yanvarın 1-nə 2,3 min ton propilen, 3,3 min ton polietilen, 0,05 min ton etilen, 643,1 ton izopropil spirti və 1,5 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Ötən il əsas kimya məhsullarından izopropil spirti istehsalı 32,9 faiz, metanol istehsalı 2,3 dəfə artıb. Polietilen istehsalı 7 faiz, propilen istehsalı isə 7,2 faiz azalıb.