17 yanvar 2018 16:20
960

Əhalidən xeyli sayda silah götürülüb

“Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər nəticəsini verir”.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, ötən gün də vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib.

Yanvarın 16-da Naxçıvan DİN-ə, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə, Culfa, Zərdab və Ağdaş rayon polis şöbələrinə vətəndaşlar tərəfindən ümumilikdə 6 silah – 1 ədəd “AKMS” markalı avtomat silahı, 2 ədəd “İJ”, 3 ədəd “TOZ” markalı tüfənglər, 2 ədəd süngü bıçaq və 13 ədəd patron sandığı təhvil verilib.