17 yanvar 2018 14:16
1150

Rusiya şirkəti kosmosda otel yaratmaq istəyir

Rusiyanın özəl şirkətlərindən biri Yerdən 217 mil uzaqlıqda - açıq kosmosda otel yaratmağı qərara alıb.

AZƏRTAC billionnews.ru saytına istinadla bildirir ki, otel 7 kosmik turist üçün nəzərdə tutulub. Kosmosda 5 günlük yaşamaq turistlərə uçuşla birgə təqribən 500 min dollara başa gələcək. Burada istirahətdən başqa, turistlər elmi tədqiqatlarla da məşğul ola biləcəklər.

Kosmik oteldə yaxşı qidalanacaq turistlərə spirtli içkilər qadağan olunacaq.