16 yanvar 2018 23:15
1202

Ronaldo özünə komanda axtarır?

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldo özünə yeni komanda axtara bilər.

Bu barədə kral klubunun prezidenti Florentino Peres futbolçunun agentinə məlumat verib.

Bir müddət əvvəl 33 yaşlı hücumçu da “Real Madrid”i tərk etmək istədiyini bildirib. Təcrübəli forvard Peresin onun məvacibini artırmamasından narazıdır.

“Real Madrid” La Liqada geridə qalan 19 turdan sonra 32 xalla dördüncü pillədə qərarlaşıb və lider “Barselona”dan 19 xal geri qalır.

Qeyd edək ki, Kriştianu Ronaldo 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilədək müqavilə bağlayıb.