13 yanvar 2018 00:20
1271

Bu robot uşaqlarla əlaqə üçün nəzərdə tutulub

“3E-A18” robotu insanlarla, xüsusilə uşaqlarla əlaqə üçün nəzərdə tutulub

Las-Veqasda keçirilən “CES 2018” Beynəlxalq Elektronika İstehlakçıları Sərgisində “Honda” şirkəti gülümsəyə, ağlaya və ya mürgüləyə bilən robot təqdim edib. “3E-A18” robotu insanlarla, xüsusilə uşaqlarla əlaqə üçün nəzərdə tutulub. Onun rəqəmsal sifəti müxtəlif ifadələri, o cümlədən qəzəb və həyəcanı göstərə bilir.

AZƏRTAC “futurist.ru” saytına istinadla xəbər verir ki, yumşaq rezin tekstura ilə örtülmüş robot bir təkər üzərində hərəkət edir. Şirkət nümayəndələri ondan hava limanları və ticarət mərkəzlərində istifadə etməyin mümkün olacağını bildiriblər. “3E-A18” robotu emosiyaları ifadə etməklə yanaşı, həm də insan emosiyalarını tanıyır.