Menu
  • 17-07-2018
      • Bakı 29+34

  • 17-07-2018
    • $ 1.7
      1.9874

1   2   3   4   5   6

SİYASƏT

İblislərin seçki oyunu

11-01-2018 [ 21:11 ] [ oxunub:540 ]
A+ | A-

Ölkədə keçirilən  siyasi kampaniyalardan sonra  payız ovqatını yaşayan dağıdıcı müxalifət siyasi  partiyalarında  başlanan  yarpaq tökümü növbəti  seçkilərə qədər davam edir. Partiyaların   yenidən “cücərməsinə” təsadüf edən  “yaz fəsli” növbəti seçkilərə hazırlıq dövründə  hiss olunur.

Seçkilər ili olan 2018-ci ilə təzə qədəm qoysaq da  artıq siyasi mübarizəni   döyüş meydanına çevirərək söyüş, təhqirlə silahlanan partiyalararası rəqabət başlayıb. AXCP sədri Əli Kərimli,  sabiq başqan İsa Qəmbər, Müsavatın indiki başqanıArif Hacılı,  “Milli Şura”nın oyuncaq sədri  Cəmil Həsənli artıq özlərinə tərəfdaş tapmaq, Qərb dairələrinin direktivlərinə uyğun hərəkət etməklə daha çox qranta sahib olmaq uğrunda  yarışırlar. Rəqiblərin hər birinin özlüyündə çirkab içərisində olmasına və ətrafındakıların da bu saxtakarlıqlardan xəbərdar olmasına baxmayaraq yenə də mələk cildinə girmiş iblislər kimi  süddən çıxmış ağ qaşıq rolunu oynayan “liderlər”  saman altından su yeritmək siyasətlərinə  yeni çalarlar əlavə edirlər.

Amma düşərgədə baş verənlərdən aydın olur ki, cari ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün özlərini hazır hiss edənlərin sosial bazalarının olmaması tarixdə  sərkərdə kimi tanınan Napaleonla bağlı   bir hadisəni xatırladır.   Müharibədən məğlub qayıdan   qoşun başçısından bunun səbəbini öyrənmək istəyən Napaleona zabitinin  cavabı belə olur: Barıt yaş idi.  Sərkərdə əl qaldıraraq  susmaq işarəsini verməklə əlavə izaha ehtiyacın olmadığını da bildirir. Başqa sözlə deyilsə  adı çəkilən siyasi partiya rəhbərlərinin  sıfır  vəziyyətində olan sosial bazası elə  nəm çəkmiş barıt misalıdır.

Yəni  müxalif düşərgədə özlərini gələcəkdə  prezident kürsüsündə görmək istəyənlərə xalqın cavabı  əvvəlki illərdə  olduğu kimi, yenə də  mənfidir.

Bu gün siyasi partiyalar arasında özləri barədə “ana müxalifət” imici formalaşdıran Müsavatda vəziyyət çox kritikdir. Bəllidir ki, kreslosunu  təhvil verdikdən sonra da  özünü Müsavatın fəxri şefi kimi hiss edərək partiyadaxili məsələlərə  müdaxilə edən sabiq başqan İsa Qəmbər kimi xələfi Arif Hacılı da  namizədliyinin irəli sürülməsində maraqlıdır. Amma bu cütlüyün illərdən bəri partiyada apardıqları  gizli danışıqlardan  gec də olsa xəbər tutan üzvlər  artıq Müsavatda qalmamağı üstünlük verirlər. Düşərgədə  deyildiyi kimi, ən kiçik partiya qədər də səlahiyyəti olmayan,  az saydakı  üzvləri arasında qarşılıqlı ittihamların gücləndiyi Müsavata xalqın etimadından söhbət gedə bilməz. Başqanlıq seçkisi zamanı  namizədlər arasındakı qarşıdurmaları unutmayan, qruplara bölünən  müsavatçılar arasında parçalanmalar davam edir. Bu parçalanmaların Müsavatın  məsul şəxsləri arasında baş verməsi isə bütünlükdə partiyanın gələcəyini belə  şübhə altına alır. Mövcud  vəziyyətdən narahat olan sabiq başqan daxili dəstəyin olmadığını hiss edərək üzünü  illərdən faydalandıqları,  ölkəmizlə  bağlı  həqiqətləri saxtalaşdıraraq qrant müqasbilində antiazərbaycan qüvvələrə satan  İsa Qəmbərin bu günlərdə ABŞ-ın ölkəmizdəki səfirliyində peyda olması da deyilənləri təsdiqləyir. Prezident seçkilərində  “yetirməsi”, partiyaya rəhbərliyinə  xeyir-dua verdiyi  Arif Hacılıya güzəştə getmək niyyətində olmayan sabiq başqan  Qərbdən özünə dəstək axtarır. Amma ondan əvvəlki “liderlərin” aqibətini yaşayan İsa Qəmbər də  səfirlikdə istədikləri səviyyədə qarşılanmayıb. Bu o deməkdir ki, Azərbaycanla əməkdaşlıqda maraqlı olan Avropa ölkələri və  beynəlxalq təsisatlar üçün  ölkə müxalifəti artıq önəmli deyil.

Bu cür vəziyyətlə qarşılaşan AXCP sədri  və  “Milli Şura” sədrliyinə   şərik olan Əli Kərimli də narahatdır. Havadarlarının partiya üçün ayrılan  cüzi vəsaiti mənimsəyən  Qənimət Zahidlə  sözləri çəp gələn və əli boşda qalan Əli Kərimli kimi, Cəmil Həsənli də nə qədər çalışsalar da   “Azadlıq”ın keçmiş redaktoru  Qənimət Zahidi yola gətirə bilmirlər. 

Belə ki, düşərgənin “ fatmanisəsi”,  qiybətləri,  sosial şəbəkədə  yaydığı söyüş və təhqirləri ilə  ikrah doğuran AXCP sədri  Əli Kərimlinin vəziyyəti heç də  əzəli rəqibi  müsavatçılardan fərqli deyil. “İslahatçı sədr”in başqalarından  fərqi budur ki,  idarə etdiyi “Milli Şura”nın sədri Cəmil Həsənlini bəri başdan çıxdaş edib.   AXCP-nin və “Milli Şura”nın sədri kimi Arif Hacılını nokaut vəziyyətinə saldığını güman edən  Əli Kərimlini düşündürən əsas məsələ seçki ilində  Azərbaycanda qarışıqlıq salmaq üçün Qərb dairələrinin, erməni lobbisinin, radikal islami təşkilatların  hər iki  quruma ayırdığı vəsaiti “optovoy”, həm də özünün şəxsi maraqları naminə  mənimsəməkdir. Bu sahədə isə yumurtadan yun qırxan,  haray-həşirçi Əli Kərimliyə rəqib olacaq partiya mənsubu ola bilməz.

Düşərgədə  əvvəlki seçkilərdə olduğu kimi  “vahid namizəd” barədə söhbətin eşidilməməsi  dağıdıcılar arasında  şəxsi mənafenin ümumi maraqlardan üstün olduğunu  göstərir. Cari ildə ölkəmizdə keçiriləcək  seçkilərdə prezident olmaq istəyənləri  ən çox maraqlandıran əsas məsələ vətəndaşı olduqları ölkənin maraqlarını satmaqla   xəyanətləri müqabilində alacaqları dilənçi payıdır. Dəfələrlə  xalq tərəfindən rədd edilən, qutuda qalan düşərgə mənsubları  bu seçkilərdə də  eyni aqibəti yaşayacaqlarına tam əmindirlər. Məqsəd namizəd olmaqla Qərb dairələrindən pul qoparmaqdır. Yalnız vəsiqə satmaqla  məşğul olan, mitinq və aksiyalarda  daha çox  qışqırıb , başlarını daşa, divara çırpmaqla özlərini xəsarət alan kimi göstərənlərin videosunu, fotosunu çəkib xarici havadarlarına, bununla da xarici ölkələrdə sığınacaq almaq istəyənlər üçün  “proxodnoy dvor” olan  Müsavat və AXCP-ni xəyanət yuvası adlandırmaq daha doğru olar.

Xuraman İsmayılqızı, “İki sahil”  

DİGƏR XƏBƏRLƏR