Menu
  • 22-01-2018
      • Bakı +7+11

  • 22-01-2018
    • $ 1.7001
      2.0849

1   2   3   4   5   6

SİYASƏT

“Cümhuriyyət İli” ilə bağlı qərar dünyaya ciddi mesajdır

11-01-2018 [ 10:07 ] [ oxunub:315 ]
A+ | A-

Dünən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Ölkəmizin başçısı qeyd etdi ki, il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlər keçiriləcək.

Politoloq Elçin Mirzəbəyli “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi bütün dünyaya verilən ciddi mesaj kimi qəbul edilməlidir: “Ümumiyyətlə, 2018-ci il Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu il Azərbaycanda həm də böyük siyasi hadisə gözlənilir. Prezident seçkiləri keçiriləcək. Bu mühüm siyasi hadisənin məhz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf etməsi də simvolik məna kəsb edir. Cənab Prezidentin Cümhuriyyətin 100 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncam, eyni zamanda 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması çox mühüm tarixi əhəmiyyət daşıyır. Bu, ilk növbədə Azərbaycan dövlətinin öz sələfinə verdiyi dəyərdən irəli gəlir. Eyni zamanda, dövlətçilik ənənələrinin ardıcıl olaraq davam etdiriləcəyi anlamına gəlir ki, bu da ölkəmiz üçün tarixi siyasi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan öz tarixi ilə qürur duyur və öz tarixinin heç bir anını inkar etmir. Tarixin  bütün səhifələrinə eyni müstəvidən yanaşır və dövlətçilik ənənələrinin ardıcıl şəkildə həyata keçirilməsi üçün addımlar atır. Bu baxımdan Azərbaycan Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi hesab edirəm ki, həm də bütün dünyaya verilən ciddi mesaj kimi qəbul olunmalıdır”.

Politoloq diqqətə çatdırdı ki, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, eyni zamanda, ölkəmizin tarixinə, sələfinə göstərdiyi xüsusi diqqət və ehtiramdır: “Azərbaycanın dövlətçilik ənənələri davam etdiriləcək, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası 100 il öncə elan olunmuş öz prinsiplərinə, eləcə də bu gün elan olunmuş prinsiplərinə sadiq qalaraq dövlətçiliyini, müstəqilliyini, suverenliyini qoruyacaq, inkişaf etdirəcək. Bu baxımdan hesab edirəm ki, Xalq Cümhuriyyəti ili çərçivəsində bir çox mühüm addımlar atılacaq, tədbirlər keçiriləcək. Cümhuriyyət tarixi son illər ərzində məhz cənab Prezidentin dəstəyi ilə ciddi şəkildə araşdırılıb və ictimaiyyətə təqdim olunub. Hesab edirəm ki, bu ildən də yararlanaraq öz mesajlarımızı, arzu və istəklərimizi tariximizin o şərəfli dönəmini dünyaya çatdıra biləcəyik”.

Şəfiqə Dadaşova, “İki sahil”

DİGƏR XƏBƏRLƏR